Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Qüdslə bağlı qərarı nəticəsində gərginliyin alovlanacağından narahatdır.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Avropa İttifaqının rəhbəri Federika Moqerini deyib:
“İndi baş verə biləcək ən pis hadisə münaqişənin eskalasiyasıdır. Qüdsdə baş verənlər region və dünyadakı hadisələrə ciddi təsir göstərəcək”.
Qeyd edək ki, Donald Tramp dünən canlı yayım zamanı Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıdığını elan edib.