İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı, türkiyəli aktrisa Dərya Tuna Azərbaycanda 8 əsgərin şəhid olması xəbərinə çox məyus olub.
Aktrisa “İnstagram”da Azərbaycan bayrağının şəklini paylaşıb. Dərya Tuna şəklin altına şərh yazaraq şəhidlərə rəhmət diləyib:
“Allah rəhmət eləsin! Bütün şəhidlərimizin məkanı cənnət olsun. Başınız sağ olsun!”.
Qeyd edək ki, İbrahim Tatlısəsin oğlu İdo da ölkəmizdə baş verən hadisəyə biganə qalmayıb. O, "Başımız sağ olsun" sözlərini yazaraq baş verən hadisədən kədərləndiyini bildirib.
Tabloid.az