BMT Təhlükəsizlik Şurası bu gün Türkiyənin təşəbbüsü ilə Qüdslə əlaqəli mövcud vəziyyətin təktərəfli dəyişdirilməsinə etiraz edən qərar layihəsini müzakirə edəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Təhlükəsizlik Şurası Fələstin və Qüds mövzusunu müzakirə etmək üçün ikinci dəfə görüş keçirəcək.
BMT Təhlükəsizlik Şurasının Bakı vaxtı ilə saat 19.00-da bir araya gələcəyi gözlənilir.
Qərar layihəsində “Qüdsün statusuna yönəldilmiş hər hansı qərar etibarsızdır” ifadəsindən istifadə edilib.