2017-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olsa da, bir sıra məsələlərdə problemlər qalmaqdadır.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, xüsusən də, sahibkarlıq sahəsində mövcud problemlərin bəziləri bu il də həllini tapmayıb:
“Sahibkarlar vəsaitlərin banklardan çıxarılmasına yaradılan məhdudlaşdırmaya görə ciddi problemlər yaşayırlar. Bu gün sahibkarlarımızı ən çox narahat edən məsələ budur. Məhdudlaşdırmanın süni şəkildə qoyulması iqtisadiyyatımıza mənfi təsir göstərə bilər. Beynəlxalq Bank məsələsi kimi hallar yenidən gündəmə gələcəksə, insanlara hansı cavab vermək istiqamətində düşünməliyik”.
Millət vəkili həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı görülən işlərin də qanedici olmadığını deyib:
“May ayında Cümhuriyətin 100 ili tamam olacaq, ancaq hələ də ensiklopedik kitablar çap olumayıb və ya hər hansı film çəkilməyib. Dövlət Başçısı üzərinə düşən işi yerinə yetirdi, lakin aididyyatı qurumlardan eyni diqqəti görmədik. Növbəti ildə bu məsələyə xüssui diqqət göstərilməsini istərdik”.
Spiker Oqtay Əsədov bilıdirib ki, cənab Prezident sərəncam verib, aidiyyəti qurumlar üzərinə düşən vəzifəni yerinə yetirir.
“İyun ayının 10-a qədər parlamentin 100 illik yubileyi keçiriləcək”.