4 Avqust 2014 12:15
1 209
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə və helikopterlər bu dəqiqələrdə cəbhə bölgəsində uçuşlar həyata keçirir.

Azərbaycan Silahlı Qüvvələrinin təyyarə və helikopterləri cəbhənin Ağdam və Tərtər istiqamətində uçuşlar həyata keçirərək dövriyyə vururlar.

Qeyd edək ki, erməni silahlı qüvvələri son dövrlər cəbhə xəttində atəşkəs rejimini daha intensiv pozur. İyulun 31-dən avqustun 1-nə keçən gecə isə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Digər kəşfiyyat-təxribat cəhdi isə avqustun 1-dən 2-nə keçən gecə baş verib. Lakin Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində hər iki təxribatın qarşısı alınıb. Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hazırda cəbhə xəttində vəziyyət gərgin olaraq qalır.

/trend/


Müəllif:

Oxşar xəbərlər