5 Yanvar 2018 15:53
2 547
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda hökumət əleyhinə təşkil olunan etiraz aksiyalarını planlaşdırdığı iddia edilən şəxsin adı açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı İran Baş prokuroru Məhəmməd Cəfər Müntəziri danışıb.

O bildirib ki, etiraz aksiyaları ilə bağlı planlar ABŞ, İsrail və Səudiyyə Ərəbistanı tərəfindən hazırlanıb:

“Bu planın hazırlanmasına uzun illər lazım olub. Tərəflərə yardım edən isə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin terrorçuluqla mübarizə mərkəzinin sabiq rəhbəri Maykl Dandreadır. Ona bu işdə İsrail kəşfiyyatı yardım edib. Layihə isə Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilir”.


Müəllif: Samir

Oxşar xəbərlər