“Biz təcili olaraq Böyük Çin səddinə bənzər erməni divarı tikməliyik”.
Bu barədə Qarabağ müharibəsi iştirakçısı, erməni millət vəkili Aşot Aqababyan açıqlama verib. Millət vəkilinin sözlərinə görə, tikiləcək divar onları təhlükədən sığortalaya bilər:
“Erməni xalqı hərəkətə keçməli və Azərbaycan ilə sərhəddə təcili olaraq Böyük Çin səddinə bənzər erməni divarı tikməlidir. Onun uzunluğu 750-800 km uzunluğunda olmalıdır. Biz ondan sonra sakitlik tapa bilərik”.
Millət vəkilinin sözlərinə görə, kiçik əməliyyatlar hərbi toqquşmalara gətirib çıxara bilər.
axar.az