10 Yanvar 2018 17:30
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

Bunu Azərbaycan Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Dövlət başçısı Azərbaycanın mövqeyinin ədalətli və beynəlxalq hüquqa əsaslandığını bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, bunu Dağlıq Qarabağda keçirilən "referendum"un beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən tanınmaması ilə bağlı verilən bəyanatlar da təsdiqləyir: "Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır".

Dövlət başçısı bildirib ki, 2017-ci ildə Azərbaycan sürətlə unkişaf edib. Dünyanın müxtəlif yerlərində təhlükələrin, risklərin artmasına baxmayaraq, Azərbaycanda sabitlik, təhlükəsizlik təmin olunub:

"Dünyada mövcud olan geosiyasi mürəkkəb vəziyyəti nəzərə alaraq ölkəmizdə əldə olunan nəticələr yüksək qiymətə layiqdir. Bütün bunlar sabitlik nəticəsində əldə olunub. Bu sabitliyin, uğurun təməlində xalq iqtidar birliyi dayanır”.

Azərbaycanın hərbi gücünün artdığını, beynəlxalq reytinqə görə ordumuzun dünyanın ən güclü ordularından biri olduğunu deyən prezident növbəti illərdə bu sahədə tədbirlərin görüləcəyini, 2018-ci ildə yeni silahların alınacağını da bildirib.

Dövlət başçısı onu da vurğulayıb ki, 2018-ci ildə yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə iki dəfə artırılacaq. Sosial infrastruktur lahiyələrinin icrası davam etiriləcək, bölgələrdə modul tipli məktəblərin tikintisi aparılacaq: "Regionlarda və paytaxtda məktəblərin və tibb müəssisələrinin təmiri və inşası həyata keçiriləcək".

Sənaye məhəllələrinin yaradılması prosesinin davam etdiriləcəyini, kənd təsərrüfatının inkişafı üçün addımların atılacağını, yeni xalça fabriklərinin açılışının nəzərdə tutulduğunu deyən Prezident bildirib ki, pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, sitrusçuluq ilə bağlı müsbət nəticələr əldə olub və bu sahələrə diqqət davam etdiriləcək.


Müəllif: Teleqraf.com