2014-cü ilin sonuna Moskvada evlərin qiyməti 20 faiz düşəcək.
Mənzil bazarında qiymətlərin düşməsi beynəlxalq sanksiyalarla bağlıdır. Ekspertlərin sözlərinə görə, Rusiya banklarına qarşı iqtisadi sanksiyalar ipoteka kreditləşməsi şərtlərini çətinləşdirəcək. Bu da alıcılıq qabiliyyətini aşağı salacaq. Onu da bildirək ki, iyul ayında Moskva və paytaxtətrafı ərazilərdə mənzillərin kavdratmetri 189 min rubl (5768 dollar) təşkil edib.Obyektlərin qiymətlərinə gəlincə, ekonomklass obyektlərdə kavdratmetr 168,6 min rubl (5127 dolar ), komfort-klasslarda 185,2 (5646 dollar) min rubl, premium-klasslarda 255,7 min rubldır (7782 dollar).
Qeyd edək ki, qiymət azalmalarına baxmayaraq, ekspertlər daşınmaz əmlak bazarında əsaslı eniş proqnozlaşdırmırlar
publika.az