13 Yanvar 2018 20:39
1 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər xəstəxanaya yerləşdirilib.

Müsavat başqanı Arif Hacılı “Report”a açıqlamasında deyib ki, bu gün İ.Qəmbərin ürəyində narahatlıq yaranıb və kardioloqa müraciət edib: “Həkim İsa Qəmbərə ürəyini anju etdirməyi məsləhət görüb. Daha sonra Mərkəzi Klinikada müayinələrdən keçib. Müayinələrdən sonra onun ürəyində problemlərin yarandığı məlum olub. İsa Qəmbər hazırda Mərkəzi Klinikada müalicə olunur və özünü yaxşı hiss edir”.

Onun sözlərinə görə, İ.Qəmbər iki gün xəstəxanada qalmalı olacaq.

İsa Qəmbərin yaxınlarından biri musavat.com -a deyib ki, sabiq spikerin ürək damarlarına stend qoyulub, əməliyyat uğurlu keçib, o, hazırda özünü çox yaxşı hiss edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər