19 Yanvar 2018 19:11
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Yanvar 1990-cı ildə baş verənlər Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Adil Əliyev bildirib.

O qeyd edib ki, həmin gün xeyli şəhid verdik, eyni zamanda mətinləşdik və müstəqilliyimizin alternativinin olmadığını dərk etdik:

“SSRİ rəhbərliyi erməni separatizmi ilə mübarizə aparmaq istəmir, Dağlıq Qarabağda və Ermənistanda qanla müşahidə olunan etnik təmizləmələrə göz yumurdu. Azərbaycanlılar buna seyrçi qala bilməzdilər, etirazımızı bildirdik, ancaq mərkəzi hökumət separatizmin kökünü kəsmək əvəzinə separatizmlə mübarizə aparanları cəzalandırdı. Ulu öndər Heydər Əliyevin də etirazı buna idi. SSRİ-nin qılıncının hələ kəsərli olduğu günlərdə ulu öndər sovet hərbi birliklərinin Azərbaycan xalqını cəzalandırmasına etiraz etdi və bununla Kremlə meydan oxudu. Həmin an ulu öndər şəxsi təhlükəsizliyini əsla düşünmür, xalqının yanında olduğunu və onu dəstəklədiyini nümayiş etdirirdi. İnformasiya blokadasında olduğumuz həmin günlərdə ulu öndər cəsarət nümayiş etdirərək əli qana bulanan Moskva üzərindən və dünya mediası vasitəsilə beynəlxalq aləmə səsləndi, azərbaycanlılara qarşı qətliamın həyata keçirildiyini gur səslə bəyan etdi”.

A.Əliyev əlavə edib ki, 20 yanvar hadisələrindən 28 il keçib, xalqımız şəhidlərini və qəhrəmanlarını unutmur, onların əziz xatirəsini hər zaman yad edir.


Müəllif: Səxavət

Oxşar xəbərlər