ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar Türkiyəyə S-400 raket əleyhinə müdafiə sistemlərinin satışını əngəlləməyəcək.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri rusiyalı senator Viktor Ozerov deyib.
O bildirib ki, sanksiyalar səbəbindən Rusiya heç bir müqaviləni ləğv etməyəcək:
“Biz Türkiyə, Səudiyyə Ərəbistanı və Çinə S-400 sistemlərini, İraq və Vyetnama T-90 tanklarını göndərəcəyik”.