Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında iştirak edib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğan çıxışa hazırlaşarkən, zaldakı gənclər bir ağızdan “Rəis, bizi Afrinə apar” şüarını səsləndiriblər.
Ərdoğan bu tələbi cavabsız qoymayıb:
“Qərarı verdiyimiz anda əvvəlcə mən, sonra isə hamımız Afrinə gedəcəyik”.
Bu cavab zaldakı şəxsləri çoşdurub.