31 Yanvar 2018 10:11
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Qətər arasında yüksək səviyyəli görüş keçirilib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, görüşdə ABŞ Dövlət katibi Reks Tillerson, Pentaqon rəhbəri Ceyms Mettis, Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd ibn Əbdülrəhman əl Sani və Qətər Müdafiə naziri Xalid ibn Məhəmməd əl Attiyah iştirak edib.

Tillerson Qətər və Körfəz ölkələri arasında gərginliyin ABŞ-a hərbi və iqtisadi baxımdan mənfi təsir etdiyini deyib:

“Gərginlik tezliklə aradan qaldırılmalıdır. Tərəfləri gərginliyi artıracaq addımlardan çəkinməyə çağırırıq”.

Ceyms Mettis də Körfəz ölkələrində sabitliyin bərpasının vacibliyini vurğulayıb:

“Körfəz ölkələrinin birgə gücü terrorçuluqla mübarizədə bizə çox böyük yardım edə bilər. İŞİD terror təşkilatını məhv etmək və İranın mənfur siyasətini iflasa uğratmaq xüsusilə vacibdir”.

Qətər XİN rəhbəri Tillerson və Mettisə bu mövqelərinə görə təşəkkür edib:

“Qətər dövləti və xalqı haqsız şəkildə blokadaya salınıb. Bu proses regionda sabitliyin bərqərar olmasına əngəl törədib. Bu məsələdə tutduğunuz mövqeyə görə sizə təşəkkür edirəm”.

Qətər müdafiə naziri iki ölkə arasında hərbi əməkdaşlığın daha da güclənəcəyinə ümidvar olduğunu bildirib.

Qeyd edək ki, Körfəz ölkələri ötən ilin iyununda Qətəri terrorçuluğa dəstək verməkdə suçlayaraq, bu ölkə ilə diplomatik əlaqələri kəsmişdi.


Müəllif: Samir

Oxşar xəbərlər