3 Fevral 2018 21:41
3 603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ana qədər kimsə mənə belə mənalı mesaj vermədi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin 6-cı fövqəladə konqresinin keçiriləcəyi Batman Atatürk İdman Sarayı önündə onu əllərində zeytun budağıyla gözləyən vətəndaşlara xitabən dilə gətirib.

Ərdoğan mühafizəçilərindən ona zeytun budağı gətirmələrini istəyib.

Verilən mesajdan olduqca məmnun olan Ərdoğan sevincini gizlətməyib: "Bu ana qədər bu mesajı mənə kimsə vermədi, amma Batman verdi. Demək ki, Batman "Zeytun budağı" əməliyyatına da hazırdır".

Afrin əməliyyatından söz açan Ərdoğan PKK-PYD-YPG-nin kürdlərin təmsilçisi olmadıqlarını vurğulayıb:

"Qarşımızda kimlər var? Qərb var. Amerikanın verdiyi silahlarla silahlanmış terrorçular var. PYD, YPG və PKK var. Bunlar terrorçudur. O ki kürd-filan deyirlər, bu sözlərin hamısı yalandır. Onlar mənim kürd qardaşlarımın təmsilçisi ola bilməzlər. Onların kürdlərlə heç bir əlaqəsi yoxdur. Onların bir adı var – terrorçu!"

Ərdoğan Avropa Parlamentinin ikiüzlülüyünü də dilə gətirib:

"Güya Avropa Birliyi PKK-nı terror təşkilatı elan edib onları əsla qəbul etmədiyini deyir. Amma parlamentin içində bir qrup onları dəstəkləyənlər boyunlarına əski parçası asıb oradan bizə mesaj vermək istəyir. Ey Avropa Parlamentiinin içindəki zavallılar, nə edirsiniz-edin, biz yola çıxmışıq və terrordan o bölgəni təmizləyənə qədər bu yolçuluğumuz davam edəcək. Biz məzlumların, əzilənlərin yanındayıq".


Müəllif: Alpər Cəbrayıl

Oxşar xəbərlər