5 Fevral 2018 17:23
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il ölkəmizdə Prezident seçkisi ilidir. Cənab Prezidentin bu gün imzaladığı sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov hesab edir ki, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır:

“Mesajın müəllifi olan cənab İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əminəm. Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər