7 Fevral 2018 11:52
3 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində “Zeytun budağı” hərəkatını uğurla davam etdirməsi PKK terrorçuları arasında fikir ayrılığına səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, terrorçuların Qəndildə olan qrupu döyüşə davam etmək fikrində olsa da, Afrindəkilər geri çəkilməyi üstün tutub. Nəticədə Afrindən geri çəkilən terrrorçularla Qəndil qrupu arasında Cinderesdə toqquşma baş verib.

Məsələ ilə bağlı afrinli jurnalist Məsud İbo açıqlama verib. O bildirib ki, döyüşlərdə uğursuzluq terrorçuları tamamilə ruhdan salıb:

“Qəndil qrupu Afrindəki terrorçuları xəyanətdə günahlandırıb. Afrindəki PKK-çılar isə mindən çox itki verdiyini və bu səbəbdən geri çəkilməli olduqlarını bildiriblər. Oxşar silahlı insidentlər Şeyx Hadid və Racoda da yaşanıb”.


Müəllif: Samir

Oxşar xəbərlər