“O, belə bəyanatları ilə iki ölkənin münasibətlərində gərginlik yaratmağa çalışır. Ona görə də Saakaşvilinin sözlərinə heç kim əhəmiyyət vermir”
Bu fikirləri Gürcüstanın sabiq prezidenti Saakaşvilinin ötən günlərdə “Gürcüstan yaxın zamanlarda Azərbaycan üçün təxribat törədəcək” açıqlamasına münasibət bilidirən Gürcüstan parlamentinin azərbaycanlı deputatı Əli Məmmədov deyib.
Xatırladaq ki, hazırda ABŞ-da olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili “Rustavi 2" kanalına müsahibəsində demişdi ki, Tbilisidə Əliyevə qarşı çıxış edən İvanişvili kimi rusyönlü insanlar oturub. O bildirmişdi ki, bir neçə həftə bundan qabaq fəaliyyəti Azərbaycan prezidentinə qarşı olan Rusiyanın FTB-sinin nümayəndəsi Bidzina İvanişvili ilə görüş keçirib.
Ə.Məmmədov isə deyir ki, Saakaşvilinin belə mənasız və boş bəyanatları çoxdur.
“Gürcüstün heç vaxt belə bir şey edə bilməz. Azərbaycan 1 nömrəli strateji tərəfdaşımızdır, həm qonşu, həm də qardaş dövlətdir. Bu adam nəinki Azərbaycanla Gürcüstanın, həmçinin Avropa və Amerika ilə də aranı vurmağa çalışır”.
/modern.az/