13 Fevral 2018 12:30
2 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Afrində küncə sıxışan YPG terrorçularının Türkiyə Silahlı Qüvvələrinin dinc sakinləri hədəfə alması ilə bağlı yalanları davam edir. Hücumlardan qorunmaq üçün terrorçular dinc sakinlər arasında gizlənməyə çalışır.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fevralın 11-də 9 türk əsgərinin şəhid olduğu hücum zamanı dinc sakinlərin arasında gizlənən terrorçular TSQ əsgərlərinə qumbara atmışdı. Ekspertlər bu cür hücumların davamlı olacağını istisna etmir.

Türkiyəli ekspert Abdulla Ağarın sözlərinə görə, türk ordusu dinc sakinlər arasında gizlənmiş terrorçuları vurur və bu zaman YPG-nin TSQ tərəfindən dinc sakinlərin hədəfə alınması barədə yalanı daha çox inandırıcı görünür:

“İlkin araşdırmalar zamanı Afrində hər evdə azı bir terrorçunun gizləndiyi və dinc sakinləri qorxu altında saxladığı məlum olur. Hesablamalarımıza görə, hazırda Afrində 500 min dinc sakin və 20 min terrorçu var”.


Müəllif: Samir

Oxşar xəbərlər