6 Avqust 2014 18:44
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Ədalət və İnkişaf Partiyasının təbliğat işində iştirak etmək üçün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə dəvət edilib.

Bu barədə Teleqraf.com-a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

“Prezident seçkilərində Ədalət və İnkişaf Partiyasının Gənclik Qollarının Təcrübə Mübadiləsi Proqramı” çərçivəsində avqustun 6-11-də həyata keçiriləcək səfərdə YAP Gənclər Birliyinın sədri Seymur Orucov, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü Həsən Daşdəmirov və YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov təmsil olunacaq.

Səfər çərçivəsində rəsmi görüşlərin keçirilməsi, qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi proqramlarının daha tez-tez reallaşdırılması üçün müzakirələr də aparılacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər