24 Fevral 2018 10:46
1 572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderland parlamentinin fevralın 22-də qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərarın lehinə səs verənlər arasında türk əsilli 5 parlamentari də var.

Teleqraf.com xəbər verir ki, sözügedən qərar layihəsinin lehinə 142, əleyhinə 3 səs verilib. Türk kökənli millət vəkiləri tərəfindən qurulan DENK Partiyası xaric bütün partiyalar qərarı dəstəkləyib.

Niderland parlamentində 4-ü qadın olmaqla ümumulikdə 7 türk əsilli millət vəkili var. Qondarma soyqırımı qərarının lehinə onlardan 5-i səs verib. Bunlar baş nazir Mark Ruttenin Xalq Müstəqillik və Demokratiya Partiyasını təmsil edən Dilan Yaşılgöz, Yaşıl Sol Partiyasından Nevin Özütox və Zehni Özdil, Sosialist Partiyasından Səadət Qarabulud və Cem Laçındır. Onlar qondarma soqyqırımı qərarının lehinə səs verməklə bir daha Türkiyəyə qarşı olduqlarını sərgiləyiblər.

Qərarın əleyhinə səs verənlər isə DENK Partiyasından olan deputatlar Tanahan Quzu və Səlcuq Öztürkdür.

Layihəyə qarşı çıxan üçüncü şəxs isə onlarla eyni partiyaya mənsub olan Mərakeş əsilli deputat olub.


Müəllif: Səxavət

Oxşar xəbərlər