26 Fevral 2018 11:30
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanı bu il “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil etməyə hazırlaşan müğənni Aysel Məmmədova Xocalı faciəsindən 26 il keçməsi ilə əlaqədar olaraq yeni kompozisiyasını təqdim edib.

Bəstəsi Aysel Məmmədovaya aid olan kompozisiya “Wistfulness” (Kədər) adlanır. Aysel layihəsi ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, Xocalıda yaşanan vəhşiliyi dünyaya çatdırmaq üçün bu əsəri yazmağa qərar verib:

“Kompozisiya Xocalı faciəsində dünyasını dəyişənlərin xatirəsinə həsr edilib. Bu il “Eurovision” təmsilçisi olmağım mənim üçün bir şans idi. Fürsətdən istifadə edib ictimaiyyətin diqqətini dəhşətli hadisəyə cəlb etmək şansını əldən verə bilməzdi. Öz adımdan və layihədə əməyi keçən hər kəsin adından bütün Azərbaycan xalqına, həmçinin zərərçəkənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığımı bildirirəm".

Kamançada Xalq artisti Fəxrəddin Dadaşov, pianoda Aysel Məmmədova, muğamı isə Vüqar Əliyev ifa edib. Klipin rejissorluğu Azər Cəfərə aiddir./Publika.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər