7 Avqust 2014 12:07
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şimal-Cənub dəhlizi ilə bağlı razılıq əldə etmişik. İran artıq Rəşt dəmir yolu xəttinin 80 %-i tikib bitirib. Azərbaycan tərəfi də öz üzərinə düşən hissəni qısa zamanda tikib qurtaracaq”

Teleqraf.com-un məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən Azərbaycan-İran biznes forumunda deyib.

O bildirib ki, Rusiya tərəfi də layihədə iştirak edir. Hər üç ölkənin dəmir yolu xətti yolu ilə birləşməsi ölkələr arasında iqtisadi əlaqələri daha da genişləndirəcək.

Xatırladaq ki, Rəşt-Astara dəmir yolu Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir və dəmiryolun tikintisi Azərbaycan, Rusiya və İran tərəfindən həyata keçirilir. Tikinti işlərinə 400 milyon dollar məbləğində investisiya yatırılması nəzərdə tutulub.

Bu dəhlizlə yükdaşıma həcminin birinci mərhələdə ildə 6 milyon ton, gələcəkdə isə ildə 15-20 milyon tona qədər olacağı proqnozlaşdırılır.


Müəllif:

Oxşar xəbərlər