Amerikanın "Dallas Cowboys'" adlı futbol komandasının sahibi olan milyarder iş adamı Cerri Conesin iki gənc qadınla olduqca səmimi şəkilləri ortaya çıxıb
Sərvəti 2,7 milyar olan 71 yaşlı məşhur iş adamının bu şəkillərə görə xeyli müddətdir şantaj edildiyi deyilir.
Həmin fotoları yayan şəxs 50 ildir evli olan Conesə aid olan görüntüləri başqa bir şəxsdən əldə etdiyini deyib. Kimliyi bilinməyən şəxs fotoları internetdə "Gerçəyin ortaya çıxması" başlığı ilə yerləşdirib. Bundan əlavə olaraq 20 səhifəlik sənəd yayımlayıb.
Qeyd edək ki, 3 uşağı və 9 nəvəsi olan Cobes bu barədə hələ ki, heç bir açıqlama verməyib.
/anspress/