6 Mart 2018 14:28
3 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın vergi qərarından sonra Ankara ilə Avropa Birliyi arasında ilk təmas baş tutub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Türkiyə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, Türkiyənin İqtisadiyyat naziri Nihat Neybəkçi ilə Avropa Birliyi Ticarət komissarı Sesiliya Malmstryom arasında telefon danışığı olub.

Tərəflər Dünya Ticarət Təşkilatı platforması ilə birlikdə hərəkət etməyi vacib sayıblar.

Qeyd edək ki, Donald Tramp polad idxalına 25 faiz, alüminium idxalına isə 10 faiz vergi tətbiq ediləcəyini deyib.


Müəllif: Samir

Oxşar xəbərlər