Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə 3 istiqamətdən Afrinin mərkəzinə hücum edib.
Telerqaf.com xarici mediaya istinadla xəbər verir ki, TSQ dinc sakinlərin bölgəni tərk etməsi üçün şəhərin cənubunda dəhliz açıb.
Məlumata görə, hücumlardan qorxuya düşən və dinc sakinlərin arasında şəhəri tərk etmək istəyən bir neçə terrorçu ələ keçib.
Türkiyə ordusu “Zeytun budağı” hərəkatının 51-ci günündə 13 kəndi terrorçulardan azad edib. Bununla da əməliyyatlar başlandığı gündən bu yana 148-i kənd olmaqla 185 yaşayış məntəqəsi terrorçulardan təmizlənib.
Ümumilikdə döyüşlər zamanı 3300 terrorçu məhv edilib.