Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı Ropa papasını tacqoyma günü münasibətilə təbrik edib:
“Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.