2018.03.18 22:57
Rusiyada keçirilən seçkilərilərin ilkin nəticələri açıqlanıb.
Teleqraf.com Rusiya Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən xəbər verir ki, ölkə üzrə keçirilən səsvermədə bülletenlərin 68,4 faizi hesablanıb. İlkin nəticələrə görə, hazırki prezident Vladimir Putin 75,6 faiz səslə qalib gəlib.
Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudin seçici səslərinin sayına görə ikinci yerdədir. O, 15,9 faiz səs toplayıb.
Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,96 faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz səslə namizədlər siyahısında dördüncü olub. Onu 0,77 faiz səslə "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski təqib edib.
Bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.
***
Rusiyada keçirilən seçkilərilərdə səslərin 99,75 faizi hesablanıb.
Məlumatlara görə, nəticələrə əsasən, hazırki prezident Vladimir Putin 76,67 faiz səslə birinci olub.
Kommunist Partiyasının namizədi Pavel Qrudin 11,79 faiz səslə ikinci, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski 5,66 faiz səslə üçüncü və "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak isə 1,67 faiz səslə 4-cü olub.