Afrinə nəzarət tamamilə ələ keçrilib.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama verib.
Bildirilir ki, Afrinin bütün ərazisi terrorçu qüvvələrdən azad edilib.
İnsanlar evlərinə qayıtmaq üçün lazımi tədbirlər görməyə başlayıblar. TSK yardımçıları bölgədə hər hansı bir partlayıcı qurğularının olub-olmaması yönündə axtarış tədbirləri görürlər.