29 Mart 2018 12:55
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

1918-ci ilin mart ayında törədilən erməni soyqırımla bağlı əsas mənbə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı sənədlərdir.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı konfransda AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Onun sözləri görə, 26 Bakı Komissarlarının yaratdığı hakimiyyət əslində erməni-daşnak hakimiyyəti olub: "Stepan Şaumyanın mart soyqırımından sonra Leninə göndərdiyi məktub bunu bir daha təsdiqləyir. Şaumyanın Leninə məktubunda Bakıya 4 min erməni-daşnak qüvvələrini cəlb etdiyini. Hamazas da Qubada və digər ərazilərdə Şaumyanın göstərişi ilə soyqırımlar törədib. Böyük dövlətlərin və Osmanlı imperiyasının bəzi siyasi dairələrinin təzyiqi ilə Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib".

Direktorun sözlərinə görəi, sənədlər sübut edir ki, erməni tərəfi Batumi danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürüb: "Batumi danışıqları zamanı əldə olunmuş razılığa görə, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Öhdəliklər sırasında Ermənistan hökumətinin silahlı qüvvələrini tez bir zamanda Bakıdan çıxarılması üçün bütün güclərin səfərbər olunması da vardı.

Daha sonra Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü. Amma ermənilər məqsədlərinə nail olduqdan sonra götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu və işğalçılıq siyasətini davam etdirdilər.

Bununla həm Batumi müqavilələrinin müvafiq maddələri, həm də Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirmiş oldu".

Yaqub Mahmudov qeyd edib ki, 9 min kvadrat kilometr ərazi ermənilərə bir daha azərbaycanlılara qarşı ərazi iddiaları irəli sürülməməsi üçün verilib: "Ararat Respublikası 1918-ci il mayın 29-da elan edilib. Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski həmin ilin iyulunda Məhəmməd Əmin Rəsulzadəyə məktib yazıb ki, ermənilərə xəbər edin, əgər Dağlıq Qarabağla bağlı iddialarından əl çəkməsələr, 9 min kvadtar kilometr ərazinin ermənilərə verilməsi barədə qərarı ləğv edəcəyik.

Cümhuriyyət qurucuları 2 ay sonra ermənilərə dövlət yaratmaq üçün 9 min kvadrat kilometr ərazinin verilməsinin səhv olduğunu anlaşılıb".


Müəllif: İlhamə

Oxşar xəbərlər