2 Aprel 2018 10:45
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Baş naziri Sindzo Abe aprelin 17-də ABŞ-a səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 4 günlük səfər çərçivəsində Abe ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Görüş zamanı Abe Trampdan Yaponiya vətəndaşlarının Şimali Koreya kəşfiyyatçıları tərəfindən oğurlanması məsələsinin müzakirə olunmasını xahiş edəcək.

Qeyd edək ki, Kim Çen İn ilə Tramp arasındakı görüşün mayda baş tutması planlaşdırılır.


Müəllif: Samir

Oxşar xəbərlər