9 Avqust 2014 14:09
861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli

Bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl “Amerikanın səsi”nə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: “Bu nöqteyi-nəzərdən Ermənistan üçün “yaxşı variantlar” yoxdur, ölkə pislərin yaxşısını seçməlidir”.

Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: “Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan – yol, Ermənistan – silah, Azərbaycan isə - dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir”.

Politoloq Rusiyanın Kremli işğal eləməklə böyük səhvə yol verdiyini deyib: “O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır”.

Erməni jurnalistin “bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır” sualına ekspert belə cavab verib: “Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır”.


Müəllif:

Oxşar xəbərlər