12 Aprel 2018 10:26
2 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha yorulmuşam belə suallara cavab verməkdən.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennakın Azərbaycan Sosial Demokrat Partiyasının namizədinin qadın olması barədə qeydindən danışarkən deyib.

Onun sözlərinə görə, burada sadəcə yanlışlıq olub:

“İnsandı da, çaşıb, səhv edib, asacam, kəsəcəm, güllələyəcəm onu? Jurnalistlər hamınız bu sualı verirsiz. Daha yorulmuşam belə suallara cavab verməkdən”.

Qeyd edək ki, AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak Azərbaycan prezidentliyə namizədlərin 8 nəfər olduğunu, onlardan birinin Sosial Demokrat Partiyasının namizədinin isə qadın olduğunu bildirmişdi.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər