12 Aprel 2018 11:42
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən 15 seçki məntəqəsində olduq. Seçki beynəlxalq normalara uyğun idi. Fransa hökuməti və öz adımızdan İlham Əliyevi təbrik edirik.

Teleqraf.com xəbər verir ki, bunu Fransa-Azərbaycan dostluq kabinetinin rəhbəri Pyer Alan Rafanın köməkçisi Yasin Lamauyi dilə gətirib.

O, seçki prosesində qaydalara tam əməl olunduğunu diqqətə çatdırıb: “Biz müşahidə etdik ki, məntəqə sədrləri və üzvləri seçki barədə tam təlimatlandırılmışdılar. Qutular tam bağlı vəziyyətdə idi. Seçicilərin aktivliyi də yüksək səviyyədə idi. Mən beynəlxalq müşahidəçi kimi qeyd edə bilərəm ki, biz dünən müşahidə etdiyimiz bəzi nüansları gələcəkdə öz ölkəmizdə tətbiq edilməsi üçün təklif edəcəyik. Məsələn, Fransada səsvermə günü bir vətəndaş qeydiyyatda olduğu bölgədən 500 km uzaqdadırsa, o, seçki hüququndan istifadə edə bilmək üçün həmin məntəqəyə getməlidir. Ancaq Azərbaycanda belə deyil. Azərbaycanda seçici aid olduğu məntəqədən xüsusi bildiriş alıb yaşadığı yerdəki məntəqədə səs verə bilir. Bu çox təqdirəlayiq haldır. Xüsusilə də tələbələr üçün.

İkinci bir məqamı qeyd edim ki, buradakı jurnalistlər bizə belə bir sual verirlər: “Niyə müşahidəçilər Azərbaycanda bir cür açıqlama verir, ancaq ölkələrinə gedəndə tam başqa cür?”. Sizi əmin edirəm ki, belə bir hal Fransada ola bilməz. Mən ölkəmə qayıdacam və seçki ilə bağlı müşahidələrimin hesabatını bölüşəcəm. Orada deyəcəm ki, Azərbaycanda seçkilər şəffaf və dürüst şəkildə təşkil edilir. Fransa və Azərbaycan dostdur. Biz Azərbaycanı bölgədə terrorizmə qarşı müttəfiq kimi görürük. Onun bölgənin təhlükəsizliyi ilə bağlı gördüyü tədbirləri dəstəkləyirik”.


Müəllif: Zümrüd

Oxşar xəbərlər