“Beşikdaş”ın baş məşqçisi Şenol Günəşin yaralandığı hadisəylə bağlı İstanbul Anadolu Respublika Baş prokurorluğu idman Cinayətləri Bürosu tərəfindən aparılan istintaq çərçivəsində daha 15 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bununla saxlanıların sayı 23-ə çatıb.
Məlumata görə, oyun başlayan andan son dəqiqəyə qədər bütün kamera qeydləri incələnib. Hadisələrin qabaqcadan planlı şəkildə təşkil edilib-edilməməsi istiqamətində araşdırma davam edir.
Qeyd edək ki, “Fənərbaxça”-“Beşikdaş” oyununun 57-ci dəqiqəsinə baş vermiş hadisədə yaralanan məşqçi Şenol Günəşin başına 5 tikiş atılıb.