11 Avqust 2014 14:40
920
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanın administrasiyası İraq kürdlərini birbaşa şəkildə silahla təchiz etməyə başlayıb

Silah yardımı “İslam Dövləti” qruplaşmasına qarşı müqavimət göstərmək üçün edilir.


Bundan əvvəl ABŞ tərəfindən bildirilmişdi ki, silah yardımı ancaq İraq ordusuna göstərilir.


Kürd peşmərgələrinə yardımların hansı qurum vasitəsilə edildiyi və konkret hansı tip silahlanmadan söhbət getdiyi məlum deyil. Lakin qeyd olunur ki, yardım ABŞ Müdafiə Nazirliyi vasitəsilə həyata keçirilmir. Mənbələr bu cür “silahlandırma” əməliyyatlarının adətən MKİ xətti ilə reallaşdırıldığını bildiriblər.

/APA/


Müəllif:

Oxşar xəbərlər