27 Aprel 2018 13:52
946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) korrupsiya ilə bağlı hesabatında Azərbaycana qarşı açıq-aşkar qərəz müşahidə olunurdu, bu isə qəbuledilməzdir.

Bunu Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Yasin Aktay deyib.

Deputat AŞ PA tərəfindən PYD-nin keçmiş həmsədri Saleh Müslümün dəvət olunmasını xatırladıb:

“Əgər korrupsiyadan danışırıqsa, o zaman 29 nəfərin həlak olduğu terror aktının təşkilində şübhəli bilinən terror təşkilatının üzvlərinin hansı qeyri-etik yollarla AŞ PA-da çıxış etmək imkanı qazanmasından başlaya bilərik”.

O bildirib ki, hesabatda AŞ PA-nın yalnız bir üzvünə aid edilən məqamlara diqqət ayrılır: “Bu da elə təəssürat yaradır ki, təşkilatın məqsədi konkret ölkəni qaralamaqdır. Ümumilikdə, hesabatı qiymətləndirərkən elə təəssürat yaranır ki, bu sənəd Azərbaycanla Avropa Şurası arasındakı münasibətlərdə problemlərin yaradılması üçün hazırlanıb”.


Müəllif: Mənbə/Trend

Oxşar xəbərlər