11 Avqust 2014 23:09
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı model ötən axşam həyəcanlı anlar yaşayıb. "Miss Baku 2012” gözəllik yarışmasının qalibi Tamilla Həmidovanın qarşısını kəsiblər

Model bildirib ki, hadisə ötən axşam Bakıdakı "Koala Park"ın yanında olub. 90 UD 070 dövlət nömrə nişanlı avtomobil onların qarşısını kəsib. Özünü polis kimi təqdim edən şəxs mülki geyimdə olub. Xanım model ondan sənəd tələb etsə də, onu göstərməyib.

Avtomobili saxlayan şəxs Tamilla Həmidovaya deyib ki, avtoxuliqanlıq etdiyi üçün onun maşınının qarşısını kəsib.

Model T.Həmidova yalnız yoldan keçən digər şəxslərin müdaxiləsindən sonra həmin yolkəsəndən azad ola bilib.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovla əlaqə saxladıq. Cənab Əsədov iddia edir ki, Bakı şəhərində polis əməkdaşının mülki geyimdə və mülki formada hər hansı bir sürücünü saxlaması mümkünsüzdür.

Bu avtomobilin kimə məxsus olduğu, nəyə görə xanım sürücünün qarşısını kəsərək onu yolundan etməyə çalışdığı isə bilinmir. Hər halda hüquq-mühafizə orqanları daha dəqiq araşdırma apara bilərlər.

/milli.az/


Müəllif:

Oxşar xəbərlər