5 İyun 2018 12:29
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda fəaliyyət göstərən və xarici işçi qüvvəsi üçün daha çox müraciət edən şirkətlərin və təşkilatların nümayəndələrdən ibarət Məşvərət Şurası yaradılır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan-Avropa İttifaqı biznes forumunda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, şuraya AmCham, Türk İş Adamları Konfederasiyasının, Azərbaycan-Alman Xarici Ticarət Palatası kimi təşkilatların, BP və SOCAR kimi iri neft şirkətlərinin nümayəndələri daxil olacaq.

Vüsal Hüseynovun sözlərinə görə, Məşvərət Şurası xaricilərə iş icazəsinin verilməsini daha şəffaf və rahat formada həyata keçirilməsini təmin edəcək: "Bu məsələlər hamısı işçi qaydada şurada müzakirə olunacaq".

O bildirib ki, iş icazəsi alınması üçün sənədlərin verilməsindən, yekun rəy alınmasına qədər bütün prosesləri elektron qaydada izləmək mümkün olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər