Bakıda Avropada Mühafizəkarlar va İslahatçılar Alyansının sammiti keçirilir.
Teleqraf.com xəbər verir ki, sammitdə Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov, Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Bütöv Azərbaycan Xalq Cəbhəsinin sədri, Alyansın üzvü Qüdrət Hüseynquliyev, Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil və digər rəsmilər iştirak edir.
Sammit çərçivəsində ölkə başçısı İlham Əliyevin məktubunu Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyacaq.
Sammit çərçivəsində keçirilən panellərdə enerji təhlükəsizliyi, iqtisadi azadlıq, rəqəmsal iqtisadiyyat, təhsil transformasiyası, nəqliyyat və əlaqələr kimi mövzular ətrafında debatlar keçiriləcək.