11 İyun 2018 15:36
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmlak Məsələləri Dövlət Komitəsi daha 164 dövlət əmlakını hərraca çıxardı.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, iyulun 10-da baş tutacaq hərracda 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim aparılacaq.

İlkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan əmlaklar Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir. Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, “Çinar” soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var.

Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfat, Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Beton və məhlul istehsal edən sahə də hərraca çıxarılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər