2015-ci ilin noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyatı dövlət qurumları ilə razılaşdırılmaqla “ASAN xidmət” mərkəzlərində lisenziyalar verilir.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, bu müddət ərzində “Kids studio” uşaq bağçasına bu fəaliyyət üçün lisenziya qeydə alınmayıb.
Bu gün mətbuatda Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb. Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən sonuncu dəfə 2015-ci ilin yanvar ayının 1-dən oktyabr ayının 20-dək 16 məktəbəqədər təhsil müəssisələrinə lisenziya verilib. Bu müddətədək Nazirliyin lisenziya verdiyi uşaq bağçalarının siyahısında “Kids studio”nun adı yoxdur.