Mən problemləri Milli Məclisdə səsləndirmək əvəzinə, çox zaman kiçik çevrədə diqqətə çatdırmağa çalışıram. Bura gəlməmişdən əvvəl Təhsil nazirinin hər iki müavininə şəhər telefonundan zəng etdim, heç biri cavab vermədi.
Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Elşən Musayev “Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili nazir müavinlərinə problemlərlə bağlı fikirlərini çatdırmaq istədiyini deyib:
“Bu günlərdə bağçada yaşanan problem müzakirə edilir. Bu barədə düşünmək lazımdır. Özəl bağçalar 2000 manata qədər ödəniş tələb edir, lakin tərbiyəçiyə 200 manat verir. Bəlkə də aqressiyanın səbəbi budur. Bu gün rektorla danışmaq daha rahatdır, nəinki bağça direktoru ilə. Uşaqlara qarşı bu cür münasibət göstərən müəllim, tərbiyəçilər düşünülmədən həbs edilməlidir”