Biz çıxış edəndə hər şeylə bağlı qanunun qəbul olunmasını istəyirik. Hər kəs telefondan istifadə edir. Sanki telefonla bağlı qanun qəbul olunmalıdır. Və yaxud çantalarla bağlı. Böyük təşkilatlar, nazirliklər var və bu, onların işidir.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin spikeri Oqtay Əsədov deyib.
O, xatırladıb ki, parlament əsasən, çərçivə qanunlarını işləyir: "Hər şey haqqında qanun qəbul etmək doğru yanaşma deyil”.
Deputat Şəmsəddin Hacıyev isə bildirib ki, icra strukturlarında daxili nizam-intizam qaydaları var və ortaya çıxan problemləri onlar tənzimlənməlidir.
İsa Həbibbəyli isə deyib ki, “Təhsil haqqında” qanunun belə aktiv müzakirə edilməsi təbiidir.