15 İyun 2018 12:00
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Ramazan bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.

Teleqraf.com "Report"a istinadən Təzəpir məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin də iştirakı ilə qılınan bayram namazından fotoreportajı təqdim edir.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.

***

09:00

Bu gün Azərbaycanda fəaliyyət göstərən məscidlərdə Ramazan bayramı namazı qılınıb.

Teleqraf.com xəbər verir ki, bu gün Təzəpir və digər məscidlərdə qılınan bayram namazına yüzlərlə dindar qatılıb.

Təzə Pir məscidində qılınan bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə də iştirak edib.

QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan ayının başa çatması və bayram münasibətilə təbrik edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 17-də başlayıb. İyunun 15-i və 16-sı Azərbaycanda Ramazan bayramıdır.


Müəllif: Teleqraf.com