Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının növbəti plenar iclasının vaxtı müəyyənləşib.
Teleqraf.com-un məlumatına görə, növbəti – son iclas iyunun 29-na təyin olunub.
İclasın gündəliyinə “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi və digər məsələlər daxildir.
Qeyd edək ki, növbədənkənar sessiyada iyunun 12-də MM-in daha bir plenar iclası keçirilib.