İyunun 27-də Ermənistan və İspaniyanın separatçı Kataloniya bölgəsi ABŞ-da birgə festival keçiriləcək.
Teleqraf.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, festivalın Vaşinqton Milli Parkında keçirilməsi planlaşdırılır.
Smitsonian İnstitutunun təşkilatçılığıyla baş tutacaq mərasimdə ermənilər lavaş bişirəcəklər. Bədnam qonşularımız Azərbaycan lavaşını iştirakçılara “Erməni mətbəxi” guşəsində təqdim etməyi planlaşdırırlar.
Qeyd edək ki, lavaş çörəkbişirmə ənənəsi 2016-cı ildə Azərbaycanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.