Türkiyə Hərbi Hava Qüvvələrinin aviaqrupları Azərbaycan Ordusunun 100 illiyi ilə əlaqədar keçirilən bayram tədbirlərində iştirak edib.
Teleqraf.com-un xəbərinə görə, bu gün hərbi paraddan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan 2 ədəd F-16 və 8 ədəd F-5 tipli təyyarələrin Bakı buxtası üzərində nümunəvi uçuşları keçirilib.
Təyyarələrin nümunəvi uçuşlarını Dənizkənarı Milli Parkın ərazisindən çoxlu sayda insan izləyib.
Qeyd edək ki, “Türk Ulduzları” 2001-ci ilin avqustunda da Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.