Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə birinci müavin təyin edilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin birinci müavini təyin edilib.
Qeyd edək ki, İsmayıl Hüseynov bir ay əvvəl Bakı Baş Gömrük İdarəsinə rəis təyin olunmuşdu. Bu təyinata qədər o, Avtonəqliyyat Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb.
Bundan başqa, Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi təyin edilib.
Hələlik Tovuz Gömrük İdarəsinə rəisi vəzifəsinə təyinat yoxdur.