Qubada zəlzələ olub.
Bu barədə Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Yerli vaxtla saat 09:23:04-də Qubadan 19 km cənub-şərqdə Quba ərazisində zəlzələ baş verib.
Maqnitudası 3.0, dərinliyi 9 km olan zəlzələ episentrdə 3 bala qədər hiss olunub.